Müğənni İbrahim Borçalı avtomobil qəzasında dünyasını dəyişən oğlu Rəhimlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi övladının ölümündən iki il yarım keçdiyini dilə gətirib.
"İki il yarım necə gəldi, keçdi. Elə bil bir aydır. Yaxşı ki, Allah səni bizə vermişdi. Amma tez apardı. Sözüm yoxdur bu həyata".
Qeyd edək ki, İbrahim Borçalının oğlu Rəhim Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. Rəhimin vaxtsız ölümü ilə sarsıntı keçirən İ.Borçalı müsahibələrinin birində şəkər xəstəliyi tapdığını açıqlayıb.
Rəşad Əliyev, Bizim.Media