Xəbər verdiyimiz kimi, bu gün məşhur aktyor cütlüyü İbrahim Çingiz və Aydan Axundzadə valideyn olublar.
Bizim.Media xəbər verir ki, "Təsir dairəsi" ictimai-sosial verilişi onlar haqda xəstəxanadan videoüjet hazırlayıb.
Görüntülərdə Aydanın ana olmazdan əvvəl, ana olduqdan sonra və qızını ilk gördüyü anlar efirdə nümayiş olunub.
Qeyd edək ki, cütlük qız övladlarına Mehriban adını veriblər. İbrahim Əməkdar artisti Çingiz Əhmədov və vəkil Mehriban Əhmədovanın övladıdır. O, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyorudur.
Rəşad Əliyev, Bizim.Media