Əməkdar artist Bəyimxanım Vəliyeva və AzTV-nin aparıcısı Natavan Osmanlı Xalq artisti Arif Babayevin evinə yollanıb.
Bizim.Media xəbər verir ki, xanəndə ustad sənətkarla birgə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
“Ustadımız bizi yenidən görmək istəsə, biz yenidən gedib onu ziyarət etməzmiyik? Yaşa ustad. Allah ömür versin. Mənim canım, gözəlim, ürəklə bacım dediyim insan Natavan Osmanlı”, - deyə Bəyimxanım vurğulayıb.
Şəkillərdə Xalq artistinin həyat yoldaşı Gültəkin xanım da əks olunub.
Rəşad Əliyev, Bizim.Media