Məlahətdən İDDİA: “Safura İbrahimovanın qardaşı qızı onun pulunu, evini ələ keçirib”

“Sənin o göz yaşına qurban olum. Bu videonu 2 il əvvəl noyabrın 26-sı, yəni FHN-in əməkdaşları qapını qırıb Safurə xanımı (Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Safurə İbrahimova – red.) yerdə 2-3 gün ombasını qırıq vəziyyətdə tapdıqdan 2 gün sonra çəkmişdik. Onunla mən 1983-cü ildə tanış olmuşdum. Ana-bala kimi idik. Teatrda da bərabər işlədik. Mənə “qızım, balam “Melişkam”” deyərdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.  

Abbasova mərhum aktrisa Safurə İbrahimovanın doğum günü ilə bağlı xatirələrini izləyiciləri ilə bölüşüb. 

Aktrisa bildirib ki,  S.İbrahimovanın qardaşı  qızı Könül İbrahimova ona baxacağını söz versə də, əməl etməyib. İddia edib ki, baxımsızlıqdan dünyasını dəyişən sənətkarın mal-mülkünü qardaşı qızı əlinə keçirib: 
 “Yıxılmamışdan 20 gün əvvəl uzun bir söhbətimiz olmuşdu. Çox yaxşı və sağlam idi. Evində heç kim qalmırdı. Özü-özünə baxırdı. Ehtiyacının olmadığı deyərdi. Yenə də ona deyirdim ki, evə bir baxıcı götür. Sənə kömək etsin. Qəti şəkildə rədd edirdi. Son uzun danışığımızda “Biletini alacağam, İstanbulda səni ən yaxşı həkimlərə aparacağam” dedim. Söylədi ki, havalar düzəlsin gələcəm. Onu xəstəxanaya yatırtmaq, qırıq ombasının təcili gipsə salmaq lazım idi.

Xüsusi qayğı lazım idi. Xəstəxanaya aparılmadı. Qırıq ayağı gipsə salınmadı. Xüsusi qayğı göstərilmədi. Mənə dediklərinə görə, onu yumağa aparanda bütün bədəni baxımsızlıqdan irin, qan içində imiş, bir dəri, bir sümük qalıbmış.
Yıxılandan sonra heç bir ay yaşamadı. O, ən yaxşı xəstəxanalarda müalicə almalı idi. Heç olmasa qırıq ayağını gipsə salmaq üçün maddi imkanı da var idi.  Hətta xəstəxanaya təcili yatması üçün pul da çəkilib verilmişdi qardaşı qızına. Amma aparmadı, pulu yedi! O, bağlı qapıların arxasında səssizcə ölümə tərk edildi. Bağışla məni. Vicdan əzabı çəkirəm.

Balan sənə sahib çıxa bilmədi. Sənin yıxıldığını biləndə həmin an yanına gəlməli idim. Amma qardaşı qızı “Narahat olmayın, mən burdayam hara lazımdı aparacağam” dedi.  Bu sözləri ilə məni dayandırdı. Kaşki, dayanmazdım. Elə deyirdin ki, “Gəl, tez gəl!” görüşməyimizə bir həftə qalmışdı, yetişə bilmədim. Yetişsəydim, yaşayacaqdın. Çünki o, öz qanından da olsa əmin əldə deyildin. Onu yalnız bankda illərlə yığılan pulun, evin maraqlandırırdı.

Heç bir sənət insanımız Safurə xanım kimi urvatsız bu həyatdan köçmədi. Sahibsiz idi… Sahib çıxılmadı…. Deyiləcək çox söz var… Allahın ədalətinə çox inanıram. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun. Mələyim!”. 
Qeyd edək ki, Səfura İbrahimova iki il əvvəl 82 yaşında dünyasını dəyişib. 

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

Tolikin qızının ad günündə kövrək anlar YAŞANDI - VİDEO/EKSKLÜZİV

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində ÇALIŞIR

End of content

No more pages to load

RADİO