“Qardaşım mənə köməklik göstərir, avtomobilimi idarə edir. Deyirəm, sabah səhər tezdən efirdə qonağam, bu gecə bizdə qal. Deyir, sizdə qala bilirəm ki?”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva qonaq olduğu “Xəbər-ətər” verilişində deyib.
Evində sərt qaydalar tədbiq etdiyini söyləyən sənətçi qardaşının onunla orada qalmaq istəmədiyini bildirib:
“Deyir, söyləyirsən, evdə ayaqqabılı gəzmə, səs gəlməsin, gecə saat 3-də televizor işləməsin. Söyləyir ki, bizdə qaydalar sərtdir, ona görə qalmaq istəmir”.
Rəşad Əliyev, Bizim.Media