Xalq artisti Mənsum İbrahimov oğlu ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, “Şöhrət” ordenli 62 yaşlı sənətkar övladı İbrahimlə birgə çəkilən fotosunu sosial şəbəkə hesabında yayımlayaraq, onun doğum günü olduğunu yazıb.
“Sevimli oğlum İbrahim, 18 yaşın mübarək. Sənə sağlam və uğurlu həyat arzulayıram. Yüz yaşa!”, - deyə M.İbrahimov paylaşımına şərh yazıb.
Qeyd edək ki, Mənsum İbrahimov 4 övlad atasıdır. Onun 3 qızı və bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media