"Salt Bae" (duztökmə - red.) hərəkəti ilə bütün dünyada məşhurlaşan türkiyəli aşpaz Nüsrət Gökçenin başına iş gəlib.
Bizim.Media xəbər verir ki, dünya çempionatında Messi və kubokla şəkil çəkdirdiyi üçün gündəmə səs salan aşpazın hərəkəti futbol aləmində xoş qarşılanmayıb.
Belə ki, "U.S. Open Cup" xoşaqəlməz davranışları səbəbi ilə aşpaza finala qatılmasına icazə verməyəcəkləri barədə sosial şəbəkədə məlumat dərc ediblər.
Rəşad Əliyev, Bizim.Media