12 il əvvəl Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə ailəsi ilə Bakıya gəlib.
Bizim.Media xəbər verir ki, İstanbulda yaşayan sənətçi həyat yoldaşı, iş adamı Fərhad Əliyev və uşaqları Ayşə və Natiqlə "İstanbul" hava limanında, daha sonra "Azal"ın təyyarəsində çəkdiyi fotolarını sosial şəbəkə hesabında paylaşıb.
Diqqət çəkən məqam isə şəkillərdə Safura ilə Fərhadın böyük oğulları İsgəndərin olmaması olub. Safuranın ailəsi ilə təyyarədə biznes sinifində uçması nəzərdən qaçmayıb.
Qeyd edək ki, Fərhad Əliyev keçmiş energetika naziri, mərhum Natiq Əliyevin oğludur.
Rəşad Əliyev, Bizim.Media