Rəqqasə Fatimə Fətəliyevanın paylaşımı müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, məclislərin birində çəkilən görüntülərdə sənətçi 100 manatları oynayanların başına səpib, daha sonra isə qalan əskinasları yerə töküb.
Fətəliyeva yayımladığı kadrlara "Allah məni kiməsə möhtac etməsin. Tək Allahıma möhtac olum" şərhini yazıb.
Rəqqasənin bu paylaşımı izləyicilər tərəfindən qəzəblə qarşılanıb. Onlar bu çətin və hər şeyin bahalaşdığı bir dövrdə Fatimənin bu hərəkətini doğru addım hesab etməyib, onu tənqid ediblər.
Rəşad Əliyev, Bizim.Media