"Bəzi kişilərdə belə bir problem var - qadını sıx, alçalt, əz, təhqir et, ayaqlar altına at… Qadın sözünü demək istədikdə isə "Sənin nə haqqın var?" deyib, əxlaq damğası yapışdıracaqlar".
Bizim.Media xəbər verir ki, bu sözləri "Ümid ilə gəl" ictimai-sosial verilişində ekspert qismində iştirak edən telejurnalist Rövşanə Ağasəfqızı deyib.
Aparıcı ailəsində problemlərlə üzləşdiyi səbəbi ilə verilişlərə pənah gətirən həm qadınları həm də onların ərlərini tənqid edib:
"Mən bilmirəm, efir əxlaqsızlıq yuvasıdır ya nədir? Min hoqqa çıxarılan yerdən bəzilərinin heç xəbəri yoxdur, arvadlarından, qızlarından, bacılarından xəbərləri yoxdur. Efir ictimai və milyonların gördüyü yerdir”.
Rəşad Əliyev, Bizim.Media