Aktrisa və aparıcı Xəyalə Quliyeva həyat yoldaşı Yusif Musayevlə arxiv fotosunu üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu 18 il əvvəl toy karvanında, avtomobildə çəkilən şəklini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Quliyeva "18-ci ilimiz mübarək, 20.12.2004" şərhini yazıb.
Qeyd edək ki, Xəyalə Quliyevanın Yusif bəylə nikahından bir oğlu və bir qızı var.
Rəşad Əliyev, Bizim.Media