"İctimai" televiziyanın "Telegram" kanalı Xalq artisti Zeynəb Xanlarovanın Azərbaycandan Türkiyənin İstanbul şəhərinə köçdüyü haqda məlumat yayıb.
Məsələ ilə əlaqədar sənətkarın qardaşı qızı Əməkdar artist Mehriban Xanlarova ilə Bizim.Media-nın əməkdaşı ilə əlaqə yaradıb.
Aktrisa yayılan xəbərlərin yalan olduğunu bildirib:
"Bu yalan xəbərlərdir. Zeynəb xanım evində-eşiyindədir. Bu xəbərləri yayanlar onu sevməyən insanlardır. Zeynəb xanım heç yerə köçməyib. O, Bakıdadır. İnşallah yenə də hər zaman olduğu kimi AzTV-də dekabrın 31-i Yeni il proqramında çıxışı olacaq".
Rəşad Əliyev, Bizim.Media