Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu oğlu Muhammedə yeni ev alıb.
Bizim.Media xəbər verir ki, bu haqda musiqiçi sosial şəbəkə hesabında məlumat verib.
Hüseyn oğlu ilə birlikdə çəkilən fotosunu izləyiciləri ilə bölüşüb. Klarnet ifaçısı paylaşdığı şəkilə “Yeni evin mübarək Muhammed. Allah ocağımızda bizə huzur dolu günlər qismət eləsin” şərhini yazıb.
Fotoda diqqət çəkən məqam isə yerdə, ağ mərmərin üzərində “HM” - yəni Hüseyn ilə övladı Muhammedin baş hərflərindən ibarət fiqurlu yazı olub”.
Qeyd edək ki, H.Məhəmmədoğlu Milli Dram Teatrının aktrisası Aysel İbrahimova ilə evlidir. Bu, Hüseynin ikinci evliliyidir. Onun birinci evliliyindən daha iki qız övladı var.
Rəşad Əliyev, Bizim.Media