“Toppuş bacı“dan üzücü xəbər: “Həkimlər dedilər ki, bir daha səsin açılmayacaq“ - VİDEO 

“Bildiyiniz kimi, aparıcı Zaur Baxşəliyev birinci, Almaniyada yaşayan Rəna xanım həmyerlilərimizin dəstəyi ilə ikinci doz “ağıllı dərman” preparatımı aldılar. Amma mənim hələ 10 “ağıllı dərman”a ehtiyacım var. 16 min manata yaxın məbləğ toplanıb. Amma hələ 20 min manata yaxın pul lazımdır. Bir doza “ağıllı dərman” preparatının qiyməti isə 3200 manatdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Toppuş bacı” ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva “TikTok” sosial şəbəkə platformasında açdığı canlı yayımda deyib.

Sənətçi bildirib ki, ona ikinci doza “ağıllı dərman” preparatı vurulduqdan sonra səsi batıb. Tünzalə əlavə edib ki, həkimlər aktrisanın səsinin bir daha açılmayacağını söyləyiblər.

“Bundan sonra səsim belə olacaq. Düzəlməyəcək! Səs isə mənim üçün hər şeydir. Səslə yaşayan insanam. Çəkilişlərim, işim - bir sözlə hər şey səsdən asılı idi”, - deyə aktrisa bildirib.
Belində də ağrıların olduğunu deyən Əməkdar artist üzünün sol tərəfi şişdiyindən damağında törəmə olmasını ehtimal edib:

“Belim də çox ağrıyır. Belimdə həm çat var, həm də törəmələr var. Damağım şişdiyinə görə üzümdə də şişkinliklər var. Gedəcəyəm həkimə. Bu şişkinlik ya dişimə görədir, ya da ki damağımda törəmə əmələ gəlib. Bilmirəm nə oldu mənə birdən-birə... Yanvar ayının 3-də növbəti dəfə şüa qəbul edəcəyəm”.

Bundan savayı Tünzalə izləyiciləri ilə söhbətində bildirib ki, veriliş və seriallara çəkilməyəcək:

“Bundan sonra daha heç bir ekran işlərinə çəkilməyəcəyəm. Bütün işlərdən xəstəliyimə görə tam azadam. İnşallah səsim qayıdar işləyərəm. Qayıtmaz Allaha pənah. Bitdi bütün işlərim. Səsim yoxdur”.

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.
Beynində bədxassəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüaterapiya almalı, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

84 yaşlı qadın süni intellektin yaratdığı kişiyə aşiq oldu

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

İran səmasında 50-dən çox qırıcı təyyarə görünüb - VİDEO

Türkiyə millisində CİDDİ İTKİ

Türkiyə millisində CİDDİ İTKİ

"Hürrəm Sultan" QAYITDI

"Hürrəm Sultan" QAYITDI

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

“Təhlükəsizlik zəmanətləri müharibə bitməyənə qədər qüvvəyə minməyəcək” - Rubio

End of content

No more pages to load

RADİO