Xalq artisti Miri Yusif həyat yoldaşı Nərgiz ilə birgə İsmayıllıya yollanıb.
Bizim.Media xəbər verir ki, İsmayıllının Qalacıq kəndində yerləşən istirahət məkanların birində dincələn sənətçi oradan xanımı ilə çəkilən fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Təbiət qoynunda - dağ və meşə ilə əhatə olunan məkanda Miri Yusif bu cür istirahətdən böyük zövq aldığını söyləyib.
Qeyd edək ki, Miri Yusif ilə Nərgiz cütlüyünün iki oğlan və bir qız övladı var. Ailə pandemiya dövründə Türkiyənin İzmir şəhərinə köçüb. Müğənninin övladları da orada təhsil alır.
Bizim.Media, Rəşad Əliyev