Müğənni Türkan Vəlizadə aparıcı Afaq Gəncəlinin geyimini təkrarlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi bu gün qonaq olduğu “Günün sədası” verilişində Afaqın “Altın Kelebek” mükafatlandırma gecəsində əynini bəzəyən qızılı, öndən dərin yırtmaclı ətəyinin birə-bir oxşarını geyinib.
Fərqli məqam isə Afaqın ətəyinin yırtmacının öndən, Türkanın geyindiyi ətəyin isə yandan olması olub.
Qeyd edək ki, Afaq Gəncəlinin dəbdəbəli ətəyi “UVENTA” markasına məxsusdur.
Rəşad Əliyev, Bizim.Media