Mərhum müğənnini narkotikə qurşandırdığı deyilən Əməkdar artistin xanımı DANIŞDI – ÖZƏL 

“Həyat yoldaşım Natiq bu xəbərə çox üzüldü və əsəbləşdi. Boş-boş söhbətlərdir. İllər əvvəl Moskva toyları həddən artıq çox olurdu. Yaxşı pullar qazanırdılar. O toylara təkcə Natiq, Elçin yox bir çox məşhurlar gedirdi. Natiqdə, Elçində Moskvaya toya gedərək bu zəhrimana qurşandılar. Bəlkə də onlardan başqa məşhurlarda qurşanıblar narkotikə. Biz bilə bilmərik. Natiq narkotikdən müalicə aldı və sağaldı. O demək deyil ki, Natiq Elçini paxıllıqdan narkotikə qurşandırıb. Natiq müğənni deyil ki, paxıllıqdan belə bir hərəkət etsin. Natiqlə Elçinin arasında 10 yaş fərq var".

Bu sözləri skripka ustadı, Əməkdar artist Natiq Nuriyevin həyat yoldaşı Sevinc Nuriyeva Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Sənətçinin həyat yoldaşı bildirib ki, aparıcı Elgiz Əkbərlə "Elgizlə izlə" verilişi bitdikdən sonra Natiqlə telefonda söhbət ediblər.

Lakin onlar arasında olan telefon söhbətinə Sevinc xanım müdaxilə etmədiyini bildirib. Əməkdar artistin xanımı sözügedən verilişdə səsləndirilən "Mərhum müğənni Elçin Cəlilovu narkotikə qurşandıran Natiq Nuriyev olub" ittihamlarına belə reaksiya verib:

"Elçin gedib kimdənsə nəsə alıb, istifadə edib, qurşanıb, müalicə ala bilməyib, sağala bilməyib vəfat edib. Bu hamının başına gələ bilər. Heç kim həyatda heçnədən sığortalı deyil. Bilmədən bu cür ağır ittihamlar irəli sürmək doğru deyil. Onların bu danışıqlarından, ittihamlarını eşidib şoka düşürəm. Mən də, Natiq də eşitdiklərimizdən sarsılıb, pis olmuşuq". Proqramda qonaq olan müğənni Vüqar Muradovun dilə gətirdiyi "onu pis yola çəkən kaftar hələ də yaşayır. Öləndə adını açıqlayacağam. Hər zaman istedadlı insanların arxasınca iynə ilə qaçıblar. İradə zəif olanda səni tez yaxalayırlar.

Elçin hədsiz saf idi. Dünya boyda sənəti olanı yıxmaq üçün ancaq bu şey lazım idi" sözləri isə Sevinc xanımı qəzəbləndirib. "Vüqarın danışığından heç xoşum gəlmədi. Ona elə sizin redaksiyanız vasitəsi ilə cavab vermək istəyirəm. Yekə oğlansan çıxmısan efirə bu cür sözlər danışırsan. Deyir ki, Natiq kaftardır, ölmür. Natiqin nə yaşı var ki? Heç onun 65 yaşı yoxdur. Saçlarının ağarması onun yaşlaşmasına dəlalət vermir.
O əgər bəzi müğənnilər kimi saçını rəngləmirsə bu o demək deyil ki, o kaftardır. Sən niye kiməsə ölüm arzulayırsan ki,... Birdə görürsən ki, yaşlılar qala-qala cavanlar dünyasını dəyişir. Sən Vüqar heç bilirsən nə zaman öləcəksən. Əgər yaşlı adama kaftar deyirsənsə bu sənin tərbiyən və tərbiyəsizliyindir. Bəlkədə onunda ailəsinda yaşlı adamlar var. Onda belə çıxır ki, onlarda kaftardılar. Elə onlar ölsünlər, Vüqarda olsun onlara baş daşı. Kimisə yerə yıxıb, qoluna iynə vurmaq olar?. Elçin elə də fenomen müğənni deyil idi ki, Natiq onu narkotikə qurşandırıb, öldürsün. Bunlar gülünc söhbətlərdir. Elçin rəhmətə gedəndə Vüqarın yaşı az olardı. Bu elə zəhrimardır ki, ona qurşananda son zamanlar kim çevrəsində olubsa dərhal başlayırlar onu günahlandırmağa. Amma Elçin vəfat etməmişdən əvvəl Natiqlə heç bir əlaqəsi olmayıb", - deyə N.Nuriyevin xanımı bildirib.

Sənətkarın xanımı bildirib ki, həyat yoldaşını narkotikdən müalicə etmək üçün brilliantlarla dolu bir "şkatulka"sını satıb:

"Elçini, Natiqi və digər məşhurları Moskva toylar bədbəxt etdi. Ora gedib ilişdilər və hərəsi bir cür bədbəxt oldu. Natiq də bədxbəxt oldu. Nə zülmlər, nə əziyyətlər çəkdik. Lalə xanım (Lalə Dadaşova - red.) müsahibələrindən birində deyib ki, Elçin üzüyümü oğurladı. Mən də onu evdən qovdum. Natiqin üstündə bir içi dolu "şkatulka" brilliantlarımı satmışam. Evimdəki çılçırağı satıb, lampoçka asmışam.
Fikirləşmişəm ki, necə və nə cür edim ki, təki Natiq tez sağalsın. Anlamışam ki, bu xəstəlikdir. Xoşbəxtəm ki, onu sağaltdım. O bu dəqiqə uşaqlarının başının üstündədir. Hamının başına iş gələ bilər. Amma belə ittihamlar etmək olmaz. Bəlkə də Elçin o zamanlar Moskva toylarından evə ovucla pul aparıb, amma Natiq kisə ilə evə pul gətirirdi. Bunu da bir çox sənət insanları bilirdi. Natiqin çemodanla pul qazanan vaxtı olub. Elçin onun yanında heç kim idi. Natiq heç cürə Elçinə paxıllıq edə bilməz".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp HƏDƏF GÖSTƏRDİ – Növbədə bu ölkə var – VİDEO

Tramp HƏDƏF GÖSTƏRDİ – Növbədə bu ölkə var – VİDEO

Bu bürclər çoxlu pul, yeni iş təklifləri alacaq

Bu bürclər çoxlu pul, yeni iş təklifləri alacaq

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir

Bakıda su basmış ərazilərdən sakinlər belə təxliyə olundu – VİDEO

Bakıda su basmış ərazilərdən sakinlər belə təxliyə olundu – VİDEO

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

Rubio: “Yaxın Şərqdəki bütün bəlaların günahkarı İrandır”

End of content

No more pages to load

RADİO