Aybəniz: “Aynişandan bir dəfə də soruşmamışam ki, reklamdan nə qədər pul qazanır” – VİDEO

“Yemək yeməmək anamı çox əsəbləşdirir. Anam mənə hesab götürüb. Gün ərzində 10 nəfərin yeməyini hazırlayır. Deyir ki, bu yeməyi yeyib niyə bitimədin? Əslində mən yemək yeməyi sevmirəm. Amma kiçik porsiyalar olsun”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva anası ilə birgə qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Qızının yemək yeməməsindən əsəbiləşən Haşımova bunu arıq qalmaq üçün etdiyini söyləyib:

“Aynişan yemək yemir. Söyləyir ki, kökəlirəm. Ona deyirəm ki, bir gün həsrət qalacaqsan, ananın bişirdiyi yeməklərə. Deyir ki, belə deməklə məni şantaj edirsən. Aynişan uşaq vaxtlarından yemək yeməyi sevmir. Demirəm bütün günü yemək yesin. Axı mən bu yeməyi bişirmişəm”.
Verilişin aparıcısı Afaq Gəncəlinin “Bir övladınız var. İstəmədiniz ki, onu səhnədə görəsiniz?” sualına Əməkdar artistin cavabı belə olub:

“Ən böyük arzum prokuror olmaq idi. Musiqiyə isə ulu öndər Heydər Əliyevin istəyi ilə gəlmişəm. Sonra dedim ki, heç olmasa Aynişan həkim olsun. Amma olmadı. Bu iku peşəni çox sevirəm. O da dedi ki, həkim peşəsi çox məsuliyyətlidir”.

Aynişan isə anasının bu cavabına “Bəlkə də anam seçimimi mənə buraxsaydı həkim olardım. Amma o qədər dedi ki, həkim ol, ona görə olmadım” qarşılığını verib.

Proqramın digər aparıcısı Tural Əsədovun “Bloqerlikdə pul var?” sualına Aynişan “Əlbəttə ki var” qısa cavabını verib.

Aparıcının “Qızınız pulu ən çox hara xərcləyir?” sözünə müğənni “Onun nə qədər pul qazandığı ilə maraqlanmıram. Bu günə qədər hələ bir dəfə də olsun soruşmamışam ki, bu reklamdan nə qədər pul qazanmısan. Aynişan dünyaya gələndə məndən xahiş etməmişdi onu dünyaya gətirim. Onu sevgimlə dünyaya bəxş etmişəm.

Onun üçün də düşünürəm ki, nə qədər ömrüm var, ona borcluyam. O mənə yox. Onun ardınca mən qaçmalıyam, ona mən köməketməliyəm. O mənə yox. Onun elə bir dənə gözəl duruşu dünyada ən böyük qazancımdır” şərhini verib.

Afaq Gəncəlinin “Niyə müğənni olmadın?” sualına isə Aynişan “ Bu sənətdə olduğumdan və içində böyüdüyümdən uşaqlıqdan müğənniliyi çox sevirdim. Amma sənəti sevmək ilə içində olmaq məsələsi tamam başqadır.
Məsuliyyətin ağırlığına dözə bilmədim. Psixoloji olaraq güclü insanam. Amma elə şeylər var ki, ona hazır deyildim. Ona görə bir müddət müğənnilikdən uzaqlaşdım. Amma sənət insanın ürəyindən gəlməlidir. Bəlkə sabah ürəyim oxumaq istəyər. Bu, ruh halıma bağlıdır. Onsuz da anam müğənni olmağımı istəyir” deyə fikirlərini ifadə edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

"Həyat yoldaşımı paylaşmıram, göz dəyər"

Tramp HƏDƏF GÖSTƏRDİ – Növbədə bu ölkə var – VİDEO

Tramp HƏDƏF GÖSTƏRDİ – Növbədə bu ölkə var – VİDEO

Bu bürclər çoxlu pul, yeni iş təklifləri alacaq

Bu bürclər çoxlu pul, yeni iş təklifləri alacaq

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir

Yanından ötüb-keçirik, amma şəfa mənbəyidir — İmmuniteti gücləndirir

Bakıda su basmış ərazilərdən sakinlər belə təxliyə olundu – VİDEO

Bakıda su basmış ərazilərdən sakinlər belə təxliyə olundu – VİDEO

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

Bakıda evdən meyit TAPILDI

Bakıda evdən meyit TAPILDI

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

DİN: 30 cinayətin üstü açılıb, 38 nəfər saxlanılıb

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Liqa 1-də qiyməti ƏN ÇOX ARTAN futbolçular

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Nar görün hansı xəstəliyin güclü DƏRMANI İMİŞ

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Hakan Fidan: “ABŞ ilə İran arasında danışıqlar gedir”

Ukrayna millisi QARƏT OLUNDU

Ukrayna millisi QARƏT OLUNDU

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

Hakan Fidan: “İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı” - VİDEO

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

"Belə nəticə gözləmirdim" - Sent Lüsiya millisinin baş məşqçisi

Nanə əməliyyat olundu

Nanə əməliyyat olundu

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Hakan Fidan: “İsrailin ABŞ siyasətinə təsiri getdikcə daha aydın görünür” - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

Naftalanda qəza olub, ölən var - VİDEO

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Əraqçi: “İsrail İranın ən böyük iki poladəritmə zavoduna hücum edib”

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Səhhətində problem yaranan Murad Dadaşovun yeni görüntüsü YAYILDI - FOTO

Sabunçu tuneli bağlandı - VİDEO

Sabunçu tuneli bağlandı - VİDEO

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində yağış güclənib, subasma halları davam edir - FAKTİKİ HAVA

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

Hakan Fidan İsraili regionu uzunmüddətli münaqişəyə cəlb etməkdə İTTİHAM ETDİ

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

End of content

No more pages to load

RADİO