Meyxanaçı Ağamirzə Məmmədovun adından “Instagram” sosial şəbəkə platformasında saxta hesab açılıb.
Bizim.Media xəbər verir ki, ustad sənətkar bununla bağlı sözügedən sosial şəbəkədə olan şəxsi səhifəsində paylaşım edib.
Saxta profildə “Mehmanın bəzi tələbələri Rəşad Dağlının həbs olunmasına sevinirlər. Ustadınız Rəşadla bacarmayıb, qaldı ki, siz bacarasınız” sözləri yazılıb.
Ağamirzə adından saxta hesabda yazılan postu səhifəsində yayımlayaraq “Bu profil mənim deyil. Mənim adımdan açılmış profildir. İzləyənlərdən oradan çıxmalarını xahiş edirəm. Səhifədə paylaşılanlar mənə aid deyil” şərhini yazıb.
Rəşad Əliyev, Bizim.Media