Dünya şöhrətli aktyor Kevin Speysi türk həmkarı Burak Özçivitlə bir araya gəlib.
Bizim.Media verir ki, ikili Qətərdə keçirilən "Fransa - İngiltərə" matçını birlikdə izləyiblər.
Həmin anları xatirə olaraq həkk edən Burak Özçivit sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Hollivudun qalmaqallı 62 yaşlı ulduzu Kevin Speysi beş həmcinsinə qarşı cinsi zorakılıqda ittiham olunur.
Rəşad Əliyev, Bizim.Media