Xəbər verdiyimiz kimi, Əməkdar artist Nailə İslamzadə ABŞ-a oğlu İslamın yanına yollanıb.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu övladı ilə çəkdirdiyi fotosunu sosial şəbəkə hesabında paylaşıb.
N.İslamzadə bildirib ki, bu gün İslamın 34 yaşı tamam olur.
Teleaparıcı izləyiciləri ilə bölüşdüyü şəkilə “34 il əvvəl bu gün ona həyat verdim, o da mənə onun mənasını” şərhini yazıb.
Qeyd edək ki, Nailə İslamzadənin oğlu İslam iki dəfə ailə qurub.
Rəşad Əliyev, Bizim.Media