12 il əvvəl Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə anası ilə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi İstanbulda alış-veriş mərkəzlərinin birində anası Nailə xanımla çəkdirdiyi yeni fotolarını izləyiciləri ilə bölüşüb.
Safura, valideyni ilə olan fotosuna ingilis dilində “Mənim ən yaxşı dostum əziz anamdır” sözlərini yazıb.
Qeyd edək ki, Safura Əlizadə 9 il əvvəl Bodrumda N.Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub.
Safura-Fərhad cütlüyünün Ayşə adlı bir qızı, İskəndər və Natiq adlı iki oğlu var.
Rəşad Əliyev, Bizim.Media