22 gün əvvəl ailə quran Türkiyənin məşhur aktrisası Merve Boluğur "Dj" həyat yoldaşı Mert Aydından rəsmi olaraq boşanıb.
Bizim.Media xəbər verir ki, aşiqlər "Beykoz Ədliyyəsi"ndə evliliklərini sonlandırıblar. Məkanı tərk edən Merve media nümayyəndələrinin suallarını cavabsız qoyub.
Lakin Aydın “Biz bacarmadıq, hər şey üçün Merveyə təşəkkür edirəm”, - deyə vurğulayıb.
Qeyd edək ki, bu, Merve Boluğurun sayca ikinci evliliyi idi. Aktrisa daha əvvəl müğənni Murat Dalkılıçla ailəli olsa da, cütlüyün ailə həyatı uzun sürməyib.
Rəşad Əliyev, Bizim.Media