Mərhum Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın məzar daşı hazırlanıb.
Bizim.Media xəbər verir ki, 82 yaşında dünyasını dəyişən bəstəkarın məzar daşının fotolarını aparıcı və xeyriyyəçi Hacı Nuran sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, sabah R.Qasımovanın ölümünün 40-cı günüdür. Sənətkar oktyabrın 9 da Honkonqda dünyasını dəyişib.
R.Qasımova Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn edilib.
Rəşad Əliyev, Bizim.Media