Ötən ay ailə quran aktrisa Merve Boluğur musiqiçi həyat yoldaşı Mert Aydınla ayrılmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Olmadı, təşəkkürlər… Həyat budur… Mertə də xoşbəxt günlərimiz üçün təşəkkür edirəm”, - deyə, M.Boluğur vurğulayıb.
Qeyd edək ki, bu Merve Boluğurun ikinci evliliyi idi. Sənətçi daha əvvəl müğənni Murat Dalkılıçla ailəli olub. Lakin daha sonra cütlük boşanıb.
Rəşad Əliyev, Bizim.Media