Müğənni Kərim Abbasov həmkarı “Faytonçu” ləqəbi ilə şou-biznesdə məşhurlaşan Nazim Pişiyarı ilə yenidən “kəllə-kəlləyə” gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Səhərin səsi” verilişində Nura Suri ilə birlikdə Nazimi onlarla eyni proqramda olmasına yol vermədiyini açıqlayıb.
“Yola saldıq getdi. Onunla efirə çıxmaq istəmirdim. Hər şeyin bir səbəbi var. Nazim bilməsə də, olar. Bizə əvvəlcədən deyilməmişdi ki, Nazim olacaq. Efirə gəldim, deyirlər filankəs. Axı onunla münasibətim yoxdur, bir yerdə otura bilmərəm. Hətta Nura da mənimlə birlikdə dedi ki, biz gedirik. Onlar da Nazimi yola saldılar”, - deyə Kərim bildirib.
Qeyd edək ki, K.Abbasovla N.Pişiyarı arasındakı qalmaqalın təməli toyların birində qoyulub. Kərim bildirib ki, Nazim məclisdə mikrofonu ona verməyib. Daha sonra tərəflər iştirak etdikləri “Maşın” realiti şousunda davaya çıxıblar.
Rəşad Əliyev, Bizim.Media