Rusiyanın Əməkdar artisti Kristina Orbakayte ötən gün Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi Heydər Əliyev Mərkəzində canlı solo konserti ilə çıxış edib.
Hitlərini və sevilən nəğmələrini ifa edən Kristina tamaşaçıların alqış səsindən cuşa gələrək bu sözləri dilə gətirib.
“Necə ilahi səsdir. Alqışlar xoşbəxtlikdir. Mən həqiqətən xoşbəxt bir sənətçiyəm, çünki bilirəm ki, hətta nadir hallarda rastlaşsaq da, müxtəlif ölkələrdə yaşayırıq, məni tanıyır və anlayırsınız. Məni olduğum kimi qəbul edirsiniz. Mən sizə çox minnətdaram. Bəli, mən xoşbəxt qadın, xoşbəxt ana və təbii ki, çox xoşbəxt bir övladam”, - deyə K.Orbakayte bildirib.
Qeyd edək ki, Kristina Orbakayte Rusiya Xalq artisti Alla Puqaçovanın qızıdır.
Rəşad Əliyev, Bizim.Media