Nəvai: "Bakıda “Valentino” kamuflyajında vətənpərvərlikdən danışan oğlana inandınız" - FOTO

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai Bəkirov Azərbaycanda konsert verməməsinin səbəblərindən söz açıb.  

Bizim.Media xəbər verir ki, MDB-nin bir çox ölkələrində konsert proqramları ilə çıxış edən sənətçiyə sosial şəbəkə izləyicilərindən biri "Niyə Bakıda konsert vermirsən?" sualını verib.

Müğənni suala qalmaqallı şəkildə cavabı ilə diqqət çəkib.  

“Çünki oturub “Əməkdar artist”inizə qulaq asırsınız, hansı ki, haqqımda söz-söhbət yaradıb. Bu yolla isə o, özünü reklam etmək istəyib. Baxmayaraq ki,  mənim nömrəmi bilirdi. O bilirdi ki, mən həmişə xalqımı dəstəkləyirəm.

Əlimdə bütün dəllilər var. Və bu dəlillərlə haqqımda olan mifi məhv edə bilərəm. Azərbaycan dilində cəmi bir müsahibə verdim. Amma mən daha sizə heç nə sübut etmək istəmirəm. Bakıda “Valentino” kamuflyajında dayanıb vətənpərvərlikdən danışan oğlana inandınız.

O vaxt ki, biz ora çox kömək göndərdik və mən heç qardaşlarımdan danışmıram. Hamıya başa salmaq mümkün deyil ki, musiqi platformalarında 5 milyarda yaxın “axın”ımız var və bütün dünya azərbaycanlı olduğumuzu bilir. Hamıya başa salmaq mümkün deyil ki, bu oğlan iyrənc mahnı oxuyur və onun “Jara” musiqili festivalında yeri yoxdur.
Bizimlə duet oxumağından heç söhbət belə gedə bilməz. Ona görə də bizim Bakıda konsertlərimiz gözlənilmir. Eləcə də Azərbaycan dilində mahnılar. Mən heç kimə pis söz deməyə icazə verməmişəm. Amma onun sayəsində 2 ildir ki, pulsuz bu sözləri eşidirəm. Və o videoda (Navai Bəkirov məkanların birində ifası zamanı Bakını nalayiq ifadələrlə təhqir edir - red.) mən həqiqətən lənətlənmiş gecə klubu haqqında oxudum.

Hadisədən öncə isə bu video iki ay sosial şəbəkələrdə, fan hesablarımda yayımda idi. Hamı baxıb gülürdü ki, məndən başqa Azərbaycan dilində gülməli söyüş söyən tək mənəm.

Və məndən başqa, bütün dünyaya tanınan, bizim dildə utanmadan bu cür söyüş söyən birini göstərin. Amma sual başqadır. Kim olmaq lazımdır ki, bu videonu sarı mətbuata sifarişli şəkildə düzgün olmayan formada elə təqdim etmək ki, sanki qohumlarımın yarısının yaşadığı yer haqqında söylədim. Rusiyada bütün azərbaycanlı məşhurlara dərs keçirdim ki, bir yerdə olmalıdırlar. Və sizə də öyrədəcəyəm. Hamınıza sülh və sevgi. Bir insanı bilmədən mühakimə etməyin”, - deyə Navai fikirlərini geniş formada ifadə edib.  

Qeyd edək ki, ötən il Navainin Bakının ünvanına nalayiq ifadə işlətdiyi videosu yayılıb.

Müğənni Xəyyam Nisanov da sözügedən görüntülərə münasibət bildirib.  

Əməkdar artist Navainin videosunu paylaşaraq, reperin Azərbaycana girişinə qadağa qoyulmasını istəyib: 

“Bu, artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi! Ay vətən xaini! Bizim analarımızı, bacılarımızı, xanımlarımızı, ölkəni bu cür adlandırıb, bunu bütün dünyaya paylaşıb, sonra üzr istəmək - bu bəs edir ki?! Xeyr, etmir... Bunu ilk olaraq bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm. Sənin kimi xainlər cavab verməlidir. Ona görə də bizim dövlət başçısından rica edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun. Əminəm ki, bütün xalqımız bu fikrə dəstək olacaq”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Ev təsərrüfatlarına kredit qoyuluşu ARTIB

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları AÇIQLANDI

Qaraçı qızı canlandıracaq

Qaraçı qızı canlandıracaq

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

Avropada reaktiv yanacağın qiyməti rekord həddə çatıb

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə ÇATDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Azərbaycanın “Avroviziya”dakı səhnəyə çıxış sırası AÇIQLANDI

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

Aprelin bu günlərində dəfnə yarpağı yandırın: Həyatınız görün necə dəyişəcək

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

"Valideyn oğlu evlənəndə qızın musiqi zövqünü yoxlamalıdır"

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Qızıl mağazasına müştəri kimi girib üzük oğurladı - VİDEO

Buffon da istefa verdi

Buffon da istefa verdi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

Gəncədə 41 yaşlı kişiyə kəsici alətlə xəsarət yetirildi

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

"Euronews": Regiondakı hadisələr fonunda Azərbaycan-Aİ tərəfdaşlığı möhkəmlənir - FOTO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

SEPAH daha bir ABŞ təyyarəsini vurdu – ANBAAN VİDEO

Londonda evini rekord qiymətə satdı

Londonda evini rekord qiymətə satdı

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Gürcüstanda öldürülən 20 yaşlı Ümid 1 həftə əvvəl evlənibmiş – FOTO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

Cevdet Yılmaz ad gününü Bakıda qeyd etdi – FOTO/VİDEO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

"Çocuklar Duymasın"ın Eminesinin son halı təəccübləndirdi - FOTO

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Ermənistanda poliqonda PARTLAYIŞ: Ölən var

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu – VİDEO

Toy etmək üçün restoranlarda yer tapılmır

Toy etmək üçün restoranlarda yer tapılmır

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə ZƏLZƏLƏ oldu

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

Quterreşdən ÇAĞIRIŞ: “Müharibənin astanasındayıq”

End of content

No more pages to load

RADİO