Xəbər verdiyimiz kimi, Xalq artisti Aftandil İsrafilovun səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, “Elgizlə izlə” ictimai-sosial verilişi canlı efirdə qarmon ustadı ilə telefonla əlaqə yaradıb.
A.İsrafilov bildirib ki, o, cərrahi müdaxilə vasitəsi ilə əməliyyat keçirib. Sənətkar əməliyyatdan sonra özünü daha yaxşı hiss etdiyini qeyd edib.
Rəşad Əliyev, Bizim.Media