Xalq artisti Aftandil İsrafilov xəstəxanaya yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə müğənni Roza Zərgərli sosial şəbəkə hesabında məlumat verib.
Müğənni qarmon ustadını xəstəxanada ziyarəti zamanı çəkdiyi fotosunu izləyiciləri ilə bölüşərək, “Canım sənətkarım, keçmiş olsun”, - deyə bildirib.
Rəşad Əliyev, Bizim.Media

