Müğənni Kərim Abbasov etirafı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda evdəki lapmanı həyat yoldaşı Təranənin dəyişdiyini açıqlayıb.
“Təmir işləri mənlik deyil. Bir də görürsən lampa xarab olur, onu da yoldaşım düzəldir. Hövsələm çatmır, mənim missiyam pul qazanmaqdır”, - deyə ifaçı vurğulayıb.
Qeyd edək ki, Kərim Abbasov Təranə adlı xanımla evlidir. Cütlüyün bu nikahdan Yusif adında bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media