Müğənni Aynur Dadaşova brilliant üzüyünü aparıcı Günay Baxşəliyevaya hədiyyə edib.
Bizim.Media xəbər verir ki, “Zaurla Günaydın” səhər şousunda qonaq olan sənətçi söhbət əsnasında barmağındakı brilliant üzüyü çıxardaraq, aparıcının barmağına taxıb.
Lakin Günay bu bahalı hədiyyəni qəbul etməkdən imtina edib.
“Oğul evləndirəcəksən, apararsan gəlininin əlinə taxarsan. Götürə bilmərəm. Zaur mənə indiyə kimi bir qızıl almayıb. Qayınanam alır hər bayramda”, - deyə G. Baxşəliyeva bildirib.
Rəşad Əliyev, Bizim.Media