Aparıcı Xoşqədəm Hidayətqızı İranda baş verən hadisələrdən danışıb.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu aparıcısı olduğu “Səni axtarıram” ictimai-sosial verilişdə Cənubi Azərbaycanda yaşayan soydaşlarımıza müraciət ünvanlayıb.
“Buradan Cənubi azərbaycanlıları salamlayıram, sizi sevirəm. Bizi izləyirsiniz, tez- tez mənə yazırsınız. Göz yaşı içərisində mesajlarınızı oxuyuram. Siz mükəmməlsiniz! Siz güclüsünüz! Siz mübarizsiniz! Təbrizə gəlmək üçün səbrsizlənirəm”, - deyə X.Hidayətqızı fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media