Beynində şiş aşkarlanan "Toppuş bacı": "Mənə yarım milyona yaxın xərc çəkilib" - VİDEO

"Kimyaterapiyaları dayandırdıq. Çünki artıq bədənim onlara cavab vermir. 65 dəfə kimyaterapiya keçirtdim. Nə ağciyər, nə qaraciyər, nə də ki, sümükdən xərçəng sağalmadı. Ona görə bu addımı atdıq. Amma "MRT"-nin cavabına görə, bir kəllədə, bir də beynin içində iki şiş tapılıb. Buna görə, şüa alacağam". 

Bizim.Media xəbər verir ki, bu sözləri "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva "Bizimləsən" ictimai-sosial verilişinə "Skype" vasitəsi ilə qoşularkən deyib.   

Sənətçi bildirib ki, səhhətinin yaxşılaşması üçün indiyə kimi yarım milyon manat pul xərclənib: 

"10 dəfə şüa alacağam, sonra biraz gözləyəcəyik. Əgər şişlərin kiçilməsi olarsa, şüaları davam edəcəyik. Amma əgər kiçilmə olmasa, bütün müalicələri dayandırmalı olacayıq. 

Çalışıram hər zamankı kimi olum. Allahdan ümid üzülməz. Heç bir iynə vurdurmuram və dərman qəbul etmirəm. Çünki 65 kimyaterapiya zamanı onların hamısını kifayət qədər qəbul etmişəm. 

Beş ilə yaxın Milli Onkologiyada təmənnasız müalicə aldım. 

Bəlkə də hesablasan Milli Onkologiyada yarım milyona yaxın mənə xərc çəkilib. "Akıllı ilaçlar" deyilən dərmanlar var. Yenə son ümüd yeri o dərmanlardır. Fikirləşirəm ki, onları əldə edim”.

Hazırda rayonda qayınatasının yanında olduğunu açıqlayan Tünzalə Əliyeva Gəncəyə yollanaraq, atasına baş çəkəcəyini bildirib. 

"Dünən rayona qayınatamın evinə gəlmişəm. Sözün düzü, bura gələcəyimi heç kimə demədim. Gəldim hamı ilə görüşüm. Buradan Gəncəyə, atamla görüşməyə gedəcəyəm. Beyin çox qəliz orqandır. Ciyərimdə isə o qədər törəmələr var ki, əməliyyat da mümkün deyil. Baş gicəllənmələrim olur, "Skype"da sizinlə danışdığım zaman anidən yıxıldım. Əsas odur ki, həyatda yıxılmayasan. 

Çalışıram pozitiv olum. Həyat qabaqdadır, yaşamaqdan ümid üzülməyib", - deyə aktrisa qeyd edib.   

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək aktrisanın daxili orqanlarına yayıldığını bildirib.   

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

Bakıda yanğınla bağlı məlumata RƏSMİ REAKSİYA

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

ABŞ və İsrail ordusu Tehranda peyk siqnallarını boğan sistemlərə zərbə endirdi - VİDEO

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

İnnovativ sosial informasiya şəbəkəsi nədir?

“Barselona”da CİDDİ İTKİ

“Barselona”da CİDDİ İTKİ

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

Paytaxt ərazisi yağış sularından belə təmizlənir - YENİLƏNİB/VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

BŞİH müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi - VİDEO

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mirzoyan Əraqçi ilə Yaxın Şərqdəki son vəziyyəti MÜZAKİRƏ ETDİ

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Mingəçevir su anbarında itkin düşən 5 nəfər TAPILDI

Məşhur idmançı HƏBS EDİLDİ

Məşhur idmançı HƏBS EDİLDİ

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

DİN hava ilə əlaqədar vətəndaşlara MÜRACİƏT ETDİ - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

İsrail və ABŞ İrana güclü hava zərbələri endirib - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

Su basmış ərazilərdən 84 nəfər təxliyə edildi, 20-si azyaşlıdır - VİDEO

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

“Liverpul”dan Arda Gülərə sərfəli təklif

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Paytaxtda yağış güclənib, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Sel sularının dağıtdığı Quba-Xınalıq yolunda SON VƏZİYYƏT - VİDEO

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

Biləsuvarda motosiklet qəzası olub - İki nəfər xəsarət alıb

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Lənkəranda ağır qəza olub, 5 nəfər xəsarət alıb - FOTO

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

Hərbi qulluqçuların maaş və pul təminatında DƏYİŞİKLİK

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

DYP: Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Ukrayna və Qətər təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi İMZALADI

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Sumqayıtda yarımstansiya ərazisi sel sularından TƏMİZLƏNİR

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Bakıda yanğın BAŞLAYIB - VİDEO

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

Vərəm xəstəliyinə niyə kişilər daha çox YOLUXUR?

End of content

No more pages to load

RADİO