Bu gün xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla"verilişində Röya Ayxanla bağlı sualı cavablayıb.
Bizim.Media xəbər verir ki, xalq artisti Röya Ayxan ilə küsülü olmadığını da bildirib:
"Biz küsülü olmamışıq. Mən elə bir hiss yaşamamışam. Bəlkə də Röya məndən küsüb. Küsübsə, uman yerdən küsərlər. Başqa küsmək haqqı yoxdur. Çünki yaşda ondan böyüyəm".
Qeyd edək ki, Röya bir müddət əvvəl Aygün Kazımovanı İnstagram hesabından izləməyə başlasa da, Aygün Röyanı izləmir.
Bizim.Media