Xəbər verdiyimiz kimi, Azərbaycanın Türkiyədəki səfirliyi və bu diplomatik nümayəndəliyimizin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşesi 8 Noyabr – “Zəfər Günü” münasibətilə Ankarada bayram tədbiri keçirib.
Bizim.Media xəbər verir ki, mötəbər və musiqi dolu mərasimdə Xalq artisti Tünzalə Ağayeva çıxış edib.
Sənətçi tədbirdə Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyi musiqisi özünə, sözləri isə Rəşad Məcid və türkiyəli yazar İmdat Avşar birlikdə ərsəyə gətirdikləri “İki qardaş” adlı mahnısını təqdim edib.
Tünzalə Ağayeva bildirib ki, yaxın günlərdə bəstənin ekranlaşdırılmış variantını tamaşaçıların ixtiyarını verəcək.
Rəşad Əliyev, Bizim.Media