"Planet Parni iz Baku" komandasının üzvü, Əməkdar artist Tahir İmanov Şuşaya gedib.
Bizim.Media xəbər verir ki, aktyor səfər zamanı "Çöl məhəlləsi" adlanan ərazidə gəzərkən su borularının üzərində ermənilərin qeyd etdikləri yazıların şahidi olub.
Həmin anları sosial şəbəkə hesabında paylaşan Əməkdar artist görüntülərdə bu sözləri dilə gətirib:
"Bu borulara diqqətlə baxın. Qraçik, Qoqo, Kamo, Suren. Nə deyə bilərəm? Bu da geydirmə qonşuların kreativ ideyalarından biridir. Qraçik, Qoqo, Kamo, Suren Şuşanın suyu, qazı sizin üçün kəsildi. Ümumiyyətlə, Şuşa sizin üçün bitdi. Dağlıq Qarabağ sizin üçün bitdi, çünki artıq Dağlıq Qarabağ yoxdur! Yalnız Azərbaycanın Qarabağ region var".
Rəşad Əliyev, Bizim.Media