Aktyor İbrahim Çingiz və Aydan Axundova nişanlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə aktrisa İnstagram sıhifəsində məlumat verib.
O, foto yayımlayaraq bu əlamətdar günlərində onları təbrik edən yaxınlarına təşəkkür edib:
“Bizi təbrik edən, səmimi qəlbdən bizə görə sevinən, xoşbəxtlik arzu edən və gözəl sözlər yazan insanlara ən xoş arzularımızı çatdırırıq, çox sağ olun, Allah hər birinizi bəxtəvər etsin.
Saf qəlblə sevgi axtaran hər kəsə ən gözəl sevgi qismət olsun, İnşallah”.
Qeyd edək ki, İbrahim Əməkdar artist Çingiz Əhmədovun oğludur.
Bizim.Media