Dilarə keçmiş ərindən DANIŞDI: "Sevgilisi mənə yazmışdı" - MÜSAHİBƏ

8 il əvvəl Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Start a Fire” mahnısı ilə təmsil edən müğənni Dilarə Kazımova Bizim.Media-ya özəl müsahibə verib.

⁃ Bir neçə gün əvvəl "Darıxsam da" adlı mahnıya çəkilmiş yeni klipinizi təqdim etdiniz. Ekran işi harada və neçəyə başa gəldi?

⁃ Yeni mahnımın sözləri və musiqisi Şəhriyar Ramazanzadəyə məxsusdur. Klip 12 saata çəkildi. Səhər 07:00-da başladıq, axşam saat 19:00 yekunlaşdırdıq. Çəkilişlər Xızıda oldu. Həyatımda ilk dəfə idi "Chevrolet Camaro" avtomobilinin sükan arxasına əyləşdim. Tərzim də klipdə fərqli oldu. Biraz "rock 'n' roll", biraz qəmgin idi.
Mahnıda ayrılıq, xəyanət, kədər və sevgi mövzusu var. Nəğmə dramatik mövzuludur. Klipin rejissorluğunu Nail Naiboğluya həvalə etdim. Onunla işləmək çox rahatdır. Klip baha başa gəlmədi. Orta qiymət alındı. Tək kameranın bir günlük arendası 600 manat idi. Çəkilişdə isə bizimlə böyük heyyət vardı. Ekran işini bəyəndim. Əslində klip indi yox noyabrın 10-da təqdim olunmalı idi. Montajda xəbər tutduq ki, həmkarım Çingiz Mustafayev də klip çəkib və məzmunca çox oxşarlıqlar var. Klipdə avtomobil, yol, qız...


Düşündüm ki, əgər mən ondan sonra klipi təqdim etsəm, başlayacaq danışmağa ki, Dilarə kimdəsə görüb, oxşarını edib. Bu müqayisələr isə artıq məni bezdirib. Hər şeyi özüm edirəm, heç kimə baxmıram. Klipin ideyası da özümə məxsusdur.

⁃ "YouTube" və "Instagram"dan Dilarə pul qazana bilir?

⁃ Çox təəssüf ki, "YouTube"dan pul qazana bilmirəm. Səbəb isə budur ki, "YouTube"da kliplərimin baxış saatları müəyyən qədərə kimi yüksəlməlidir ki, oradan pul gəlsin. Hələki o baxış saatları yığılır. Bu isə məni bir tərəfdən üzür. Çünki, daha öncəki kanalım silinib. Bunu isə ermənilər edib.

Onlar İkinci Vətən müharibəsi zamanı kanalımı şikayət ediblər. Orada olan heç bir videonu geri qaytara da bilmədik. Məni üzən ən pis məqam isə həmin videoların əlimdə olmamasıdır. Bu hadisə məni o qədər sarsıtdı ki, günlərlə göz yaşı axıtdım. Depressiyada idim, amma daha sonra özümdə güc tapıb başladım yenidən çalışmağa. İşləməsəm ölərəm.

Rəqəmsal musiqi platforması ("Spotify", "İtunes" və s.) həmçinin "Instagram"da postlardan pul qazanıram. Böyük hədəflərim var və daha da çox qazanmaq istəyirəm.
⁃ Şou xanımları arasında dəbli və zövqlü geyinənlərdənsiniz. Dilarə geyimlərə və aksesuarlara nə qədər pul xərcləyir?

⁃ Lüks markaların arxasınca qaçmaq lazım deyil. Adi "mass market"lərdən də paltar alıb, zövqlü görsənə bilərsiniz. Necə ki, bunu mən özüm edirəm. Dəfələrlə olub ki, lüks markaya aid bir neçə ayaqqabı almışam. Amma 4-5 dəfə geyindikdən sonra sınıb, dağılıb. Original marka olsa da belə hallar olur. Bəzən deyirlər ki, geyim insanı yox, insan geyimi gözəlləşdirir. Lakin mən bunun tam əksini düşünürəm. Çünki lüks markadan geyim geyinəndə hiss edirsən ki, necə şık görsənirsən. Qarderobumda 25.000 manat dəyərində "Hermes"in "limited edition" seriasından çantam var. O çanta mənə  hədiyyə olunub. Amma onu bir dəfə də olsun, özümlə götürməmişəm, çünki yadımdan çıxır (gülür).

⁃ Bir çox həmkarlarınızın şəxsi biznesi var. Dilarə iş xanımı olmaq istəyir?

⁃ Fikrim var. Öz şəxsi geyim brendimi yaratmaq istəyirəm. Geyimləri və yaxşı geyinməyi çox sevirəm. İstəyirəm ki, xanımlar brendimdən alacaqları geyimləri geyinəndə özlərini kraliça kimi hiss etsinlər.

⁃ Bir neçə il əvvəl xəbər yayılmışdı ki, Dilarəyə ev hədiyyə olunub. Doğrudur?

⁃ Doğrudur. Mənə "podmayak" ev hədiyyə olunub. Çox böyük kvadratı vardı. Onun təmirinə isə gücüm çatmadı. Həmin evi satdım və Mərdəkanda villa aldım.

⁃ Növbəti illərdə Azərbaycanı "Avroviziya"da yenidən təmsil etmək istəyərsiniz?

⁃ "Avroviziya" ilə bağlı maraqlı fikirlərim var. Mahnıdan tutmuş səhnənin quruluşuna kimi ağlımda ideyalar və fikirlər var. Əlbəttə yenə mənə orada ölkəmizi təmsil etmək kimi təklif gəlsə böyük məmnuniyyətlə çıxış edərəm.

⁃ Açıqlamalarınızın birində babanız Məşədi Hilalın neft buruqlarının olduğunu söyləmişdiniz. Həmin buruqların sonrakı aqibətindən xəbəriniz var?

⁃ Bu barədə çoxlu informasiyaya malik olmasam da, nənəm danışırdı ki, sovet dövründə Bakıda babamın neft buruqları olub. Hətta bu barədə sənədli film də çəkilib. Neft buruqlarının olması ilə bağlı onun rəsmi sənədləri də olub.


Həmin sənədləri isə o haradasa torpağa basdırıb, gizlədib, heç kim tapa bilməyib. Biz özümüz də sənədləri tapa bilməmişik. Nənəm də söyləyirdi ki, Dilarə sən bəy nəvəsisən. Nənəmin atası çox imkanlı bir şəxs olub. O, 1920-ci illərdə  "İçərişəhər"də "Qoşa Qala" qapılarında ermənilərə qarşı döyüşüb.

⁃ Şou-biznesdə paxıllığınızı çəkənlər çoxdur?

⁃ Əslində kiminsə paxıllığımı çəkməsinə o qədər də inanmıram. Amma görürsən ki, qulağıma xəbərlər gəlir. Eşidəndə ki, haqqımda kimlərsə nəsə danışır, mən daha da ruhlanıb, həvəslənirəm. Demək ki, çox önəmli biriyəm ki, həm danışırlar, həm də paxıllığımı çəkirlər. Bu kimi şeylər məni daha da gücləndirir. Amma istəmirəm ki, kimsə mənə pis enerjisini ötürsün. Çünki özüm heç kimə neqativ enerji ötürmürəm və bunu sevmirəm. İnsanlar başa düşsünlər ki, neqativ və pis enerji ötürəndə o bumeranq kimi özünüzə qayıdacaq.

⁃ Burnunuzda "rinoplastika" əməliyyatı keçirəcəyinizi açıqlamışdınız. Bıçaq altına uzanmaq fikrindən daşındınız?

⁃ Bu haqda artıq düşünürəm. Burnumun formasını dolğu vasitəsi ilə korreksiya etdirib, düzləşdirdim. Amma yaxın zamanda əməliyyat olunmaq istəyirəm. Çünki nəfəs ala bilmirəm. Burnumu etsəm, bəlkə bədənimin hansısa üzvünü dəyişdirdim. Perfeksionist bir insanam. İstəyirəm ki, bədən quruluşum daha da gözəl olsun. Nə qabırğa çıxardacağam, nə də ki ombamı böyüdəcəyəm. Mütəmadi idmanla məşğul olduğuma, eyni zamanda düzgün qidalandığıma görə qarnımda "paxlavalar"ım da var.

⁃ Keçmiş həyat yoldaşınız Mert Aslanla münasibətiniz var?

⁃ Artıq yoxdur. İstəmərəm ki, münasibətimiz və ya əlaqəmiz olsun. Çünki bizim ayrılığımız çox ağrılı, acılı idi. Çətin oldu. Bizi bir-birimizə bağlayan heç nə yoxdur. Mert ikinci dəfə ailə qurmayıb. Amma bərabər olduğu insanla da ayrılıb. Həmin xanım mənə yazmışdı. O qadınla da münasibəti alınmadı. Anlayıram ki, bir insanı qınamaq düzgün deyil. Burada günahı tək bir insanın üzərinə atmaq olmaz. Belə başa düşmək olar ki, Mert ailə qurmaq üçün hələ də hazır deyil. Şəxsən mənim üçün onunla ayrılmaq çox çətin idi. Sevinirəm ki, Mertdən ayrılmışam. Hərdən özüm-özümə sual verirəm ki, niyə mən ondan daha əvvəl ayrılmadım".

⁃ Dünyaca məşhur lüks italyan markası "Dolce&Gabbana"nın Azərbaycanda qapalı tədbiri baş tutdu. Həmin tədbirin ulduz qonağı siz oldunuz. Bu seçimin isə şəxsən Domeniko Dolçe ilə Steffano Gabbanadan gəldiyi söylənildi. Bu, necə baş verdi?

⁃ Çox xoşbəxtəm ki, şəxsən Domeniko ilə Steffano bir sıra məşhurlar arasında seçimini mənim üzərimdə edib. Orada çox gözəl çıxışım oldu. Çox zaman biz özümüzə dəyər vermirik. Amma bizə dəyər verənlər var və sayı da çoxdur. Bundan savayı "Pink accessories"in siması seçildim.
Dostum və peşəkar stilist Fuad Hacıyevlə birgə fərqli tərzlərdə sözügedən markanın reklamı üçün obyektiv qarşısına keçdik. Çox gözəl və rəngli fotolarımız oldu. Tezliklə şəhərin bır sıra reklam lövhələrində tamaşaçılarım yeni Dilarəni görə biləcəklər.

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO