Xalq artisti Mələkxanım Əyyubovanın “Muğam Mərkəzi”ndə canlı konserti baş tutub.
Bizim.Media xəbər verir ki, avazı ilə onu seyr etməyə gələn tamaşaçıları özünə valeh edən xanəndənin musiqi gecəsində maraqlı anlar yaşanıb.
Gecədə tamaşaçı qismində iştirak edən Xalq artisti Alim Qasımov səhnəyə çıxmadan sənətçi ilə duet oxuyub.
Onlar birlikdə “Ah eylədiyim sərvi-xuramanın üçündür” nəğməsini ifa ediblər.
Əyyubova Qasımovu səhnəyə dəvət etsə də, xanəndə onun bu istəyini ürəyində qoyub.
Eksprom dueti isə Alim Qasımov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Mələkxanım Əyyubova isə həmin görüntüləri öz səhifəsinə “repost” edib.
Rəşad Əliyev, Bizim.Media