Müğənni Xatun Əliyevanın oğlu Adilin noyabrda toyu olacaq.
Bizim.Media xəbər verir ki, bu haqda Xatun qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb.
“Birlikdə universitetdə oxuyublar. Xanım başqa, Adil başqa fakültədə idi. Beş ildir bir-birilərini sevirlər. Son iki ildə bilmişəm sevgilərini. Yaşları da eynidir - 25. Savadlı, tərbiyəli baladır. Üstündə dava idi, biz aldıq. Əsas odur ki, sevgisini gözləyib, ailəmizə sevinc qatdı” - deyə X.Əliyeva bildirib.
Qeyd edək ki, Xatun Əliyevanın oğlunun yay aylarında nişanı olub.
Rəşad Əliyev, Bizim.Media