Şöhrəti sərhədlər aşan, pop ulduz Keti Perrinin son vəziyyəti ilə bağlı sosial şəbəkələrdə video yayılıb.
Bizim.Media xəbər verir ki, ifaçı konserti zamanı kameralara poz verərkən sağ gözünü kontrol edə bilməyib.
Keti əli ilə gözünə müdaxilə edib, açılmasına çalışsa da nəticəsi olmayıb.
Sözügedən kadrlar sosial mediada yayılaraq, "viral" olub. İzləyicilərin əksəriyyəti Keri Perinin səhhətində ciddi problemlərin olduğunu yazıblar. Pop ulduz isə görünüşü ilə bağlı sualları cavabsız qoyub.
Rəşad Əliyev, Bizim.Media