“Sənəti çox uculaşdırıblar, zövqləri korlayırlar".
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "Space maqazin" verilişinə müsahibəsində deyib.
Sənətkar efirdə səslənən bayağı mahnıların zövqləri korladığını bildirib:
"Tamaşaçıların zövqü korlanıb, ciddi söhbətə qulaq asa bilmirlər. Yalandan boş-boş “hır-hır” edirlər. Nə qədər belə musiqi olar? Özü də bəstəkar əsərləri deyil, hamısı toyxana mahnılarıdır. Həmin nəğmələri gedib toyda oxuyun”.
R.Balayev bayağı mahnının ilk notlarını eşidən kimi dərhal kanalı dəyişdiyini söyləyib: "Bu cür mahnılar səslənəndə kanalı dəyişib heyvanat aləminə, futbola baxıram. Çünki o mahnılar məni əsəbləşdirir. Həkim mənə deyib ki, acığın gələn verilişlərə baxma".
Rəşad Əliyev, Bizim.Media