Rəqqasə Fatimə Fətəliyeva açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduği “Elgizlə izlə” ictimai-sosial verilişində ona hədiyyə olunan saxta üzükdən söz açıb.
Fatimə bildirib ki, toyda barmağına hədiyyə olaraq taxılan üzüyün qaşları tökülüb:
“Mənə o vaxtı üzük gətirib toyda taxdılar. Bir gündən sonra qaşları tökülməyə başladı”.
Aparıcı Elgiz Əkbərin “Amma həyat yoldaşını sevirdin? Əsas önəmli odur” sözlərinə isə Fətəliyeva “Bəli sevirdim. Sadəcə olaraq, ac qarnına sevgi olmur, bunu yadınızda saxlayın” cavabını verib.
Rəşad Əliyev, Bizim.Media