“TikTok” tanınmışların iç üzünü açdı. Görün, pula görə nələr edə bilərik”.
Bizim.Media xəbər verir ki, bu sözləri aktyor və “stand-up”çı Ülvi Həsəni qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Aktyor “TikTok” sosial şəbəkə platformasından gününə 1000 dollar pul qazansa da, oradan uzaqlaşmağın səbəblərindən söz açıb.
“Şəxsən mən keçən ilin yanvarında “TikTok”dan günümə 1000 dollar pul qazandığım bir zamanda oradan çıxdım. Uzaqlaşdım. Çünki, o qədər iyrəndim “TikTok”da baş verənlərdən. İnsanlar pul qazanmaq üçün nələr edirlər”.
Rəşad Əliyev, Bizim.Media