Türkiyənin məşhur ulduzu Özcan Dəniz Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Paytaxt Bakıya gələn Özcan onu qarşılayan lüks avtomobildə "selfi"sini izləyiciləri ilə bölüşərək bu sözləri yazıb:
“İkinci evimizə qədəm qoyduq. Hər gələndə Azərbaycanın daha da böyüdüyünü və gücləndiyini görmək möhtəşəmdir. Sevirik”.
Qeyd edək ki, sabah axşam saatlarında Özcan Dəniz Bakı Konqres Mərkəzində canlı solo konserti ilə çıxış edəcək.
Rəşad Əliyev, Bizim.Media