Dekabr ayında ana olacağını açıqlayan müğənni Sevda Yahyayeva həkim-genetik həyat yoldaşı Zakir Bayramovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi evdə çəkdiyi “Çoxbilmişlər” rubrikasının müzakirəsi” başlıqlı videonu sosial şəbəkə hesabında paylaşıb.
Zakir görüntülərdə “Hamiləlik insanlar üçün ən maraqlı mövzudur da” fikrini səsləndirib. Sevda isə həyat yoldaşı ilə razılaşdığını söyləyib.
Qeyd edək ki, S.Yahyayeva dünyaya gələcəyi qızına Ayla adını verəcəyini açıqlayıb. Müğənni ilə Zakir Bayramov ötən il ailə qurub. O, özəl klinikaların birində genetik-laborant olaraq çalışır.
Rəşad Əliyev, Bizim.Media