39 yaşına qədəm qoyan aparıcı və aktyor İlkin Həsəni özünə və xanımı Ayselə təmtəraqlı doğum günü keçirib.
Bizim.Media xəbər verir ki, paytaxt restoranlarının birində baş tutan məclisdə cütlüyün yaxınları və sənət dostları yer alıb.
İlkin bildirib ki, həyat yoldaşının ötən ay 30 yaşı tamam olub. Lakin Ermənistanın təxribatı nəticəsində 80 hərbçimizin şəhid olması səbəbilə doğum gününü qeyd etməyiblər.
Məclisdən çəkilən görüntülər qonaqlar tərəfindən sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, İlkin və Aysel cütlüyünün Alisa adında bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media