Bizə ancaq və ancaq İlahi Məşəl lazımdır...

Bizim şanlı partiya rəhbərlərimizin, xüsusilə də əksəriyyəti özündən və portfelindən ibarət olan siyasi liderlərimizin hakimiyyətlə dialoq tamaşasında Avropa Oyunları ilə bağlı prezidentin ətrafında  sıx, monolit birləşməsindən sonra “Allah, Məhəmməd, ya Əli ”x9d deyib mən də arzularımı sizinlə bölüşmək qərarına gəldim. Bu oyuna, ya da oyunbazlığa - necə istəyirsiniz elə də başa düşün,  mən də münasibətimi bildirməyi, Birinci Avropa Oyunlarının bir qalibi haqqında söhbət açmağı vacib bildim. Qalib deyəndə elə fikirləşməyin ki,  ruslar demiş, mənim  krişam gedib, danışığımı itirmişəm, başım xarab olub. Bilirəm, haqlı olaraq sual verəcəksiniz  ki, axı, ay bədbaxt müsəlman,  xalqımızın ölüm - dirim savaşından,  işğal edilmiş torpaqlarımızın, namusumuzun  azad edilməsindən də vacib olan Avropa Oyunları hələ başlamayıbsa, hansı qalibdən danışırsan?                                                                                                             
Yox, bəylər, Həzrət Abbas haqqı,  "krışa"m-zadım getməyib,  1992-ci ildən bəri  kəlləmə dubinka da dəyməyib, başım da şükür Allaha, Azərbaycanın qanunları kimi “pereboy”x9d işləmir. Mən qalib deyəndə, fikrinizə  başqa şey gətirməyin, elə bilməyin ki, mən Azərbaycan iqtidarının bir  “malades”x9də görə öz xalqının  sərvətlərini sağa-sola dağıtmasını, dillənəni də hərləyib fırlayıb zindanlara soxmasını, kölə vəziyyətinə salınmış millətinin  üzərində  parlaq  qələbə çalmasını nəzərdə tuturam. Ə tövbə,  yox. Əgər bu yapçıların, gopçuların çırpışdırdıqları milyonlardan mənə bir qəpik  çatmayacaqsa nə azarıma qalıb, başıma at təpib ki, ağrımayan başıma dəsmal bağlayım, hərləyib-fırlayıb-şərləyib məni də bassınlar içəri? Bir də ki, sizə də məsləhətim budur ki, çox dərinə getməyin, qaşınmayan yerdən qan çıxarmayın, ilan ala çatıdan qorxan kimi mitinqlərdən qaçıb  gizlənən  vətən daşlarının başında qoz sındıran indiki iqtidarın  da vəziyyətini başa düşün, bir az da  “panyatka”x9dlı olun. Axı, necə olmasa, yazıq hakimiyyət öz haram  tikəsi  xatirinə  bac-xərac verir, bundan savayı, gəlib-gedənləri yedizdirib içizdirirlər, bundan başqa,  cibişdanlarına da zəhrimar “göy”x9ddən paçka-paçka  basıb yola salırlar. Məgər lap  indi bilmirsiniz, xəbəriniz yoxdur  ki, prezident seçkilərində  bura gəlib hərbi gəmilərini doldurub gedən, indi də  Avropa Oyunlarını bəhanə edib bac-xərac sahiblərindən biri, lap potası, liliput Putin leşgəri ilə yenə gəlir?                                                                                                                                   
Nə isə, lənət kor şeytana,  bunlar hamısı boş şeylərdir və gəlin keçək  əsas məsələyə, qəhrəmanımızı çox da intizarda saxlamayaq.                                                                                                                                                
Sizcə, bizim qəhrəmanımız kim olsa yaxşıdır?  Əlbəttə, Azərbaycan  xalqının  artisti, primadonnası, “ Göy göl”x9d,  “Yaşın nə gərqi var “ kimi  dahiyanə, şedevr  mahnıların əvəzsiz  ifaçısı,  ”x9d Şöhrət “ ordenlisi, “ Şərəf “ ordenlisi  İlhamə  Quliyeva. Niyə məhz İlhamə Quliyeva?  Bildiyiniz kimi, Avropa oyunlarının məşəlinin Bakıda yandırılması üçün  qırğın gedir. Daha doğrusu, bu  qırğın əbədi və əzəli düşmənlər -  xalq artistləri İlhamə Quliyeva ilə Flora Kərimova arasında gedir. Mənim sözüm heç də  onda deyil ki, bu boyda mədəniyyət, incəsənət, şou sahəsində, lap elə hökumətdə bir kişi tapılmır ki, qabağa çıxıb bunların ikisini də otuzdursun  qabaq-qənşər, başa salsın ki,  imana gəlin, qurtarın bu rüsvayçılığı, 70 illik qoç döyüşündən sonra daşı tökün ətəyinizdən,  barışın, qurtarsın getsin. Əks halda, bu xalq, yazıq cavan sənətçilər  sizdən nə ibrət götürəcək, nə tamarzı  anlayacaqlar?  Bəri başdan etiraf edim ki, bu iş  mənlik deyil. Mənlik  olan odur  ki, bu davanı bilərəkdən salan var və  istəyir ki, ara bir az da qarışsın, qızışsın, son nəticədə də ölkəmizdə pişik asqırmasına bənd olan ictimai sabitlik pozulsun.                                                                                                                       
Özü gənc olmasa da gənclər və idman naziri Azad Rəhimov mətbuatda İlhamə xanımın məşəldarlığına etiraz edənlərə necə cavab versə yaxşıdır ? Deyir ki, “İlhamə xanım məşəli Bakıda daşıyacaq 150 nəfər məşəldardan  biridir. Qaça bilməsə də, hərəkət edəcək.”x9d                                                                                                                
Indi, gəl bu yerdə Flora xanımı ovundur görüm necə ovundurursan.  Flora xanım  da fanatlarına üzünü tutub deyir ki, “ Kimsə bizi bütün dünyaya güldürmək  istəyir. Görün nə günə qalmışıq ki, layiqli adamlar qala qala, məşəli İ. Quliyeva aparacaq.”x9d                                                                                                                                                    
Doğrudan da  ilk baxışda çətin, çıxılmaz vəziyyətdir. Amma, gecə- gündüz baş sındırandan sonra belə fikrə gəlmişəm ki, burada da çıxış yolu var. Məsələn, olmazdımı ki, bu xalq artistlərinin hərəsinə bir məşəl verəydilər, onlar da düşəydi bu ölkənin canına, rayonlarda  zorla küçələrə  çıxarılan camaatın başın qataydılar, müvəqqəti də olsa  hakimiyyətin aclıq, səfalət, korrupsiya, rüşvət,qamarlama kampaniyasını yaddan çıxaydılar? Yaxud da ağır çəkili ştanqistə oxşayan nazirimiz Azad Rəhimov  İlhamə xanıma sevgisini başqa cür izhar edəydi,  150  kq çəkisi olan ,72 yaşlı xanımı  dalına alıb  onun  bir sözü 37 dəfə təkrarladığı “Göy göl ”x9d  mahnısını oxuya- oxuya onun əvəzinə 150 metr qaçaydı, dünya dağılmazdı ki ?                                                                                                                                                                                                       
Siz birdən çaşıb  fikirləşərsiniz, İlhamə xanım, mənim qəhrəmanım  naşükürlük edir, ona göstərilən etimadı  layiqincə qiymətləndirməz? Qətiyyən elə deyil,  qiymətləndirir , özü də necə. İncəsənətdə özünü primadonna elan etmiş İlhamə xanım  kimi  mən gözəl deyə bilmərəm, yaxşısı budur, qoy, onun sözləri ilə deyim :“Mən bu gün üzdəyəm. Sağ olsunlar mədəniyyət və turizm naziri Əbülfəz  Qarayev, gənclər və idman naziri Azad Rəhimov. Nazir iclasda dedi ki, biz bura ancaq  cəmiyyətin qaymaqlarını dəvət etmişik. Amma, mən bura xüsusi dəvət olunmuşam. Biz çox gözəl və sayğılı millətik. Dünyaya meydan oxuyuruq!”x9d                                                                                                                                                                
Deyirəm axı, Azad əkə qaymaqları  bir yığıb,  Azərbaycanın bütün ordenlərini almış  qaymaqların qaymağı İlhamə xanımı  da ayrıca çağırıb. Əlbəttə, mən buracan hər şeyi başa düşdüm, sevindim,  fərəhləndim,  qürur duydum, təkcə bir şeydən başqa. Necə yanı dünyaya meydan oxuyuruq? Bax, burda zənn edirəm sənətkar  bir balaca  işləri korladı, özü də lap pis korladı. Niyə bizim dünyaya meydan oxumağımızı dilə gətirdi, niyə sirrimizi açdı, düşmənləri ayıq saldı? Birdən, allah eləməmiş, gəlib  Bakıda  bizim şotumuza  müftə yeyib şellənəcək erməni dığalarından  biri eləmədi tənbəllik, götürüb İlhamə xanıma zəng edib soruşdu ki, ”x9dAy qız-axçi , 20 ildir zəbt elədiyimiz 20 faiz torpağınızı, əsir götürdüyümüz qız-gəlinlərinizi  nə vaxt azad edib analoqu olmayan rüsvayçılıqdan xilas olmusuz  ki, indi də dünyaya meydan oxuyursunuz? ”x9d                                                                                                                                                                 
 Bəri başdan onu da  bilirəm, yüz faiz əminəm  ki,  Flora Kərimovanın  acığına onun məşəli göylərə qaldırıb  yırğalana yırğalana  yerişi, qartal kimi  süzməsi təkcə məni yox,  millətin sərvətlərini  müftə basıb yeyəcək 10 mindən çox  xaricinin də dəhşət xoşuna gələcək, onunla şəkil çəkdirmək üçün saç yoldusuna çıxacaqlar.                                                                                                                                                    
Mənim isə qəhrəmanımdan, hamının humanist, xoşsifət, xoşxasiyyət, üzüyola tanıdığı İlhamə xanımdan acizanə ,çox xırda bir xahişim, təvəqqəm  də var. Əgər işdir şayətdir, onu  məşəldar edən  baş məşəldara rast gəlsə ona çatdırsın ki, millət çörəyi qulağının dibinə yemir. Biz  yaxşı başa düşürük ki, ayının yüz  oyunu bir armudun üstündə olduğu kimi,  hakimiyyətin də oyunu  millətin olan qalan sərvətlərini də talamaq, insanları zülm altında saxlamaq, bir tikə çörəyə möhtac etməkdir. Biz heç bir avropalının, asiyalının, afrikalının məşəlini tanımırıq, arzulamırıq, belə lap istəmirik.                                                                                       
Bizə ancaq və ancaq bir məşəl lazımdır: Xankəndinin üstündə alovlanacaq, xalqımızı rüsvayçılıqdan xilas edəcək, üzümüzü  hər yerdə ağ edəcək İlahi Məşəl...

Mətləb Mütəllimli, istiqlalçı millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Rəsmi Kiyev Rusiya ilə danışıqlardan yeniliklər gözləyir

Günel Aslanova vəzifəsindən AYRILDI

Günel Aslanova vəzifəsindən AYRILDI

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

İsrail “Hizbullah”ın raket məntəqələrinə zərbələr endirdi

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub

"WhatsApp" pullu olur

"WhatsApp" pullu olur

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Kərimdən təsirli AÇIQLAMA: “Anamdan heç vaxt sığal görmədim…” - VİDEO

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

Azərbaycana maraq artır: Daimi yaşayış üçün 349 MÜRACİƏT

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

İmtahandan kənarlaşdırılan şagird danışdı - VİDEO

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Ermənistanın Gürcüstanla sərhədində ZƏLZƏLƏ oldu

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

Qusar icra başçısının növbəti səyyar qəbulu: Sakinlərin müraciətləri ilə bağlı tapşırıq verdi - FOTO

“50 Cent” haqda serial çəkilir

“50 Cent” haqda serial çəkilir

Putin atəşkəs ELAN ETDİ - FOTO

Putin atəşkəs ELAN ETDİ - FOTO

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Merts: “Almaniya nümayəndə heyəti İranla təmaslar üçün Pakistana yola düşür”

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Bakıda söküləcək binalarla bağlı VACİB AÇIQLAMA

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

Magistral su xətti PARTLADI: 20 mindən çox sakin susuz qaldı – FOTO

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

London kollecini qazanan azərbaycanlı: telefona məktub gəldi

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Sabah işıq olmayacaq – BU RAYONLARDA

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Bulvarda dənizdə batan qız belə xilas edildi – ANBAAN VİDEO

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla Pezeşkian arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Xamenei: “İran müharibə istəmir, ancaq öz hüquqlarından imtina etmək niyyətində də deyil”

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Bu iPhone modellərində "Telegram" İŞLƏMİR

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Natalya Məmmədova Azərbaycana gəldi - Video

Ürək sağlamlığını qoruyan 12 qida

Ürək sağlamlığını qoruyan 12 qida

End of content

No more pages to load

RADİO