Bizə rahatlıq yoxmu?

xa0

Ölkədə və dünyada olub bitənlərdən xəbər tutmaq üçün kanallara göz atırdım. ANS-də “Alın yazısı”x9d adlı veriliş getdiyini görüb izləməyə başladım. Bəri başdan deyim ki, izlədiyimə peşiman oldum. Peşmanlığımın səbəbləri:

1. “Alın yazısı”x9d adlanan verilişdə vampirlikdən və vampirlərdən bəhs olunurdu. Sizə qəribə gələ bilər ki, burda peşiman olası nə var.

-Əgər vampirliyi alın yazısı qəbul edib bu verilişi hazırlayıblarsa, o zaman Allaha qarşı çıxırlar. Çünki əgər vampirlik alın yazısıdırsa və alın yazısını da Allah yazırsa onda burdan belə nəticə çıxır ki, Əstağfrullahi Allah ədalətsizlik edərək birinin alnına-ömrünə, həyatına, talehinə, qismətinə vampirlik yazır və sonra da həmin yaratdığının iradəsindən asılı olmayaraq elədiyi günahlardan dolayı onu cəhənnəmə göndərir. Belə bir küfürünxa0 çox cəhətlərinə görə hörmət etdiyim, dəyər verdiyim Vahid Mustafayevin rəhbərlik etdiyi bir media quruluşunda getməsi həm anlaşılmaz, həm də acınacaqlı haldır. Çünki, Vahid bəyi dəfələrlə Təzəpir məscidində namazda görmüşəm.

-Yox əgər vampirliyi xəstəlik qəbul edib bu verilişi hazırlayıblarsa, o zaman bu verilişin alın yazısı adı altında verilməsi yanlışdır. Digər tərəfdən bu verilişlə nə demək istəndiyi, nə məqsəd güdüldüyü vurğulanmadı və ya aydın olmadı.

2. xa0Mən əminəm ki,xa0 verilişin rejissoru bu verilişdəki bacarığını başqa verilişlərdə və ya sahədə yararlansa həm özü böyük uğur qazanar, həm də tamaşaçı üçün çox faydalı olardı. Amma bu verilişdə rejissor işi rahat şəkildə, normal halda verilişə baxıb sağlam məntiqlə nəticə çıxarmaqdan çox, tamaşaçıda, həyəcan, qorxu, gərginlik yaratmağa xidmət edirdi.

Aydın deyil ki, bu verilişin hazırlanmasında, xüsusi ilə tamaşaçını belə narahatedici şəkildə hazırlanmasında məqsəd nədir? Cəmiyyəti vampirlikdən çəkindirməkmi?xa0 Verilişdə iştirak edənlər bunu xəstəlik qəbul edirsə ondaxa0xa0 müalicə yollarından danışılmalydı ki, bundan bir kəlmə də danışılmadı. Bəs onda bu verilişin hazırlanmasına məqsəd nədir?

3. Samir Əliyev adında bir iştirakçı verilişdə hüquq mühafizə orqanlarını və bu cür xəstəliklərlə mübarizə aparmalı olan tibb işçilərini hərəkətə gətirəcək bir neçə etiraf etdi:

-S. Əliyev etiraf etdi ki, o bir nəfər xəstəyə (çünki verilişdə bir neçə dəfə bu adamların xəstə olduğu vurğulandı) “lezva”x9d verib ki, bədənini kəssin. Bir insanınxa0 bədəninə xəsarət yetirməsinə şərait yaratmağın normal hal olduğunu düşünmürəm və həm də S. əliyev belə adamları tanıdığını, onlarla əlaqəsinin olduğunu etiraf etdi;

-S. Əliyev çıxışı zamanı “özündən asılı olmayaraq”x9d müxtəlifxa0 anormal hərəkətlər etdiyini dedi. Məncə “özündən asılı olmayaraq”x9d anormal hərəkətlər edən adamı televiziyaya çıxarmaq yox, müalicəyə göndərmək lazımdı.

- S. Əliyevin danışığı isə lap qıcıqlandırıcı idi. Başqa dillərdən olan sözləri qarışdıraraq və dilin qaydalarını kobud şəkildə pozaraq bərbad halda danışırdı. Bəlkə də birbaşa veriliş olsaydı, bunu ANS kimi çox uğurlu layihələr həyata keçirən, çoxlu başarılara sahib bir kanala bağışlamaq olardı, amma veriliş video yazı olduğu üçün bun bağışlanmaz haldır.

3. İlahiyyatçı Haçı Şahin buyurdu ki, “dinimizə görə Aşura günü qan çıxarmaq haramdı”x9d. O zaman belə bir sual doğur: Əgər Aşura günü qan çıxarmaq haramdırsa nədən cammaatı həmin gün qan verməyə təşviq edirlər və Hacı Şahin bunu bilə-bilə niyə bunun əleyhinə iş aparmır? Əgər belə bir hal yoxdursa,xa0 hörmətli Hacı fikrini düzgün ifadə etməyibsə , o zaman Hacıya düşən ən tez bir zamanda və elə həmin ekrandaca üzrxahlıq edib yanlışını düzəltməlidir.

4. Verilişdə çıxış edənlərdən biri yadımda qalan ad səhv etməsəm Çingiz Rüstəmovxa0 dedi ki, “Türklərdə islama qədər qan içirdilər...”x9d(əgər bu sözləri deyən adam Çingiz Rüstəmov yox başqa adamdırsa ondan üzr istəyirəm). Bilmirəmxa0 bu adam bu faktı, bu dəlili hardan alıb. Tarixçilərimizi bu iyrənc yalana ciddi yanaşmağa və münasibət bildirməyə çağırıram. Həmin adama isə onun bilərəkdən ya bilməyərəkdən özünü türk sayan 300 milyon insanın hüysiyyatı ilə oynadığını və çox böyük məsuliyyətsizlik etdiyini demək istəyirəm.

Düzdü Türklərə qarşı çox iftiralar atılıb, son vaxtlar bu hal daha da çoxalıb. Gah Nizami Gəncəvinin fars olduğunu iddia, gah Şah İsmayılı gözdən salmağa çalışırlar, gah Babəklə əlləşirlər, gah Nadir Şah Əfşarın və Ağaməhəmməd Şah Qacarın qurduqları dövlətlərin İran dövləti olduğunu sübut etməyə çalışırlar,gah millətimizə, dilimizə hörmətsizlik edirlər, gah müstəqilliyimizi lağa qoyur, gah da dövlətçiliyimizə zərər vurmaq üçün onu müzakirə mövzusuna çevirirlər. Bunun səbəbləri aydındır. Amma çox sevindirici haldır ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Şah İsmayılla bağlı kitabından sonra Şah İsmayıla dodaq büzənlər dodağını dişlədi, dil uzadanlar dilini uddu,xa0 daş atanlar daşını gizlətdi. Bu isə üzücü haldır ki, Şah İsmayıla münasibətini gizlədənlər, acığını, kinini yuxarıda qeyd etdiyimiz digər məsələlərdə qusur. Bəyəm, hörmətli Ramiz müəllim hər məsələyə münasibət bildirməlidir ki,xa0 türkə, tariximizə, müstəqilliyimizə və dövlətçiliyimizəxa0 qarşıxa0 kin və nifrət atəşində qovrulanların çığırtısı kəsilsin və nəticədə qulaqlarımız dincəlsin, onların sızıltısı dayansın ki, ruhumuz azacıq da olsa rahatlıq tapsın?!

xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda güclü küləyin törətdiyi FƏSADLAR – FOTO

Bakıda güclü küləyin törətdiyi FƏSADLAR – FOTO

Antarktidada itən robot 9 ay sonra qorxulu məlumatlarla geri döndü

Antarktidada itən robot 9 ay sonra qorxulu məlumatlarla geri döndü

Spirtli içkiləri qarışdıranlara XƏBƏRDARLIQ

Spirtli içkiləri qarışdıranlara XƏBƏRDARLIQ

Paytaxt sakinlərinin 2025-ci il təəssüratları və 2026-cı ildən GÖZLƏNTİLƏRİ – VİDEO

Paytaxt sakinlərinin 2025-ci il təəssüratları və 2026-cı ildən GÖZLƏNTİLƏRİ – VİDEO

“Arsenal”dan inamlı qələbə - VİDEO

“Arsenal”dan inamlı qələbə - VİDEO

"Yolka"nı evin bu yerlərinə qoymusunuzsa, DƏRHAL GÖTÜRÜN

"Yolka"nı evin bu yerlərinə qoymusunuzsa, DƏRHAL GÖTÜRÜN

Güclü külək nə vaxtadək DAVAM EDƏCƏK? – FOTO

Güclü külək nə vaxtadək DAVAM EDƏCƏK? – FOTO

Banka borcu olanların NƏZƏRİNƏ: Bu halda kredit müddəti uzadılacaq

Banka borcu olanların NƏZƏRİNƏ: Bu halda kredit müddəti uzadılacaq

Rusiyadan Odessaya GECƏ HÜCUMU – Şəhər alovlar içində - VİDEO

Rusiyadan Odessaya GECƏ HÜCUMU – Şəhər alovlar içində - VİDEO

Almaniya müharibəyə HAZIRLAŞIR – Beşmərhələli gizli planın SENSASİON DETALLARI

Almaniya müharibəyə HAZIRLAŞIR – Beşmərhələli gizli planın SENSASİON DETALLARI

Peruda dəhşətli qatar QƏZASI – Ölən və yaralananlar var – VİDEO

Peruda dəhşətli qatar QƏZASI – Ölən və yaralananlar var – VİDEO

Bakıda güclü külək ağacı elektrik xəttinin üzərinə aşırdı – FOTO/VİDEO

Bakıda güclü külək ağacı elektrik xəttinin üzərinə aşırdı – FOTO/VİDEO

Ən çox qəza törədən BÜRCLƏR – İLK BEŞLİK

Ən çox qəza törədən BÜRCLƏR – İLK BEŞLİK

Bayram günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Bayram günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

ABŞ Ukraynanın Putinin iqamətgahına hücumu ilə bağlı İDDİALARI ARAŞDIRACAQ

ABŞ Ukraynanın Putinin iqamətgahına hücumu ilə bağlı İDDİALARI ARAŞDIRACAQ

Dünyanın ən ağırçəkili insanı VƏFAT ETDİ

Dünyanın ən ağırçəkili insanı VƏFAT ETDİ

Yeni ildən hansı cərimələr artırılacaq? – VİDEO

Yeni ildən hansı cərimələr artırılacaq? – VİDEO

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Roza Arazova vəfat etdi – FOTO

Roza Arazova vəfat etdi – FOTO

"Onu itirsəm, yaşaya bilmərəm"

"Onu itirsəm, yaşaya bilmərəm"

İsrail səfirindən Azərbaycan dilində bayram təbriki – VİDEO

İsrail səfirindən Azərbaycan dilində bayram təbriki – VİDEO

Ukraynada müharibə davam edəcək, Maduro vəzifədən gedəcək... – Perulu şamanların QORXUNC PROQNOZLARI

Ukraynada müharibə davam edəcək, Maduro vəzifədən gedəcək... – Perulu şamanların QORXUNC PROQNOZLARI

Ukraynadan Krasnodara PUA HÜCUMU – Neft emalı zavodu alovlara QƏRQ OLDU – VİDEO

Ukraynadan Krasnodara PUA HÜCUMU – Neft emalı zavodu alovlara QƏRQ OLDU – VİDEO

İşıq və qazda yeni tarif: Nə qədər ödəyəcəyik?

İşıq və qazda yeni tarif: Nə qədər ödəyəcəyik?

End of content

No more pages to load

RADİO